Ru
18:20 / 26 Oktyabr 2026

Bu şəxslərin maaşları müəyyənləşdi

Bu şəxslərin maaşları müəyyənləşdi
Eye

"Əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi üzrə siyahıyaalma qrupunun işçilərinin aylıq vəzifə maaşlarının cədvəli" təsdiq edilib.


"Bakupost" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, siyahıyaalma qrupunun rəhbərinin və müavininin aylıq vəzifə maaşı Dövlət Statistika Komitəsi Aparatının təminedici şöbə müdirinin maaşının 70 faizi səviyyəsində müəyyən edilib.

Rayon və şəhər statistika idarələri (şöbələri) üzrə siyahıyaalma qrupunun nümayəndələrinin maaşı isə müvafiq statistika idarəsinin (şöbəsinin) rəisinin aylıq vəzifə maaşının 70 faizi qədər olacaq.

İnformasiya-kommunikasiya texnologiyaları üzrə mütəxəssislərin aylıq vəzifə maaşı da Dövlət Statistika Komitəsi Aparatının təminedici sektor müdirinin maaşının 70 faizi səviyyəsində müəyyənləşdirilib.

Qərara görə, maaşlar hesablanarkən müvafiq dövlət qulluğu vəzifələri üçün qanunvericiliklə müəyyən edilmiş baza aylıq vəzifə maaşları, yəni birinci ödəniş pilləsi əsas götürüləcək.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar