Ru
17:16 / 26 Oktyabr 2026

Trampın Orban kartı: Avropanı qıcıqlandıran namizədlik və BMT rəhbərliyi uğrunda siyasi alver

Trampın Orban kartı: Avropanı qıcıqlandıran namizədlik və BMT rəhbərliyi uğrunda siyasi alver
Eye

Tramp administrasiyası Macarıstanın keçmiş Baş naziri Viktor Orbanın BMT Baş katibi vəzifəsinə potensial namizəd ola biləcəyinə inanır.

“Bakupost” xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Orbanın BMT vəzifəsi uğrunda yarışa qatılmasını istəyir və Vaşinqton belə bir namizədin Rusiya və Çinin də dəstəyini qazana biləcəyinə əmindir.

“The Wall Street Journal” qəzetinin məlumatına görə, keçmiş baş nazir Təhlükəsizlik Şurasının 15 üzvündən 10-nun dəstəyini qazanmaq potensialına malikdir.

Qalmaqallı fəaliyytilə seçilən Orbanın BMT baş katibliyinə seçilmək şansı varmı və Ağ Evin onun namizədliyini bəyənməsinin arxasında nə dayanır?

Siyasi şərhçi Mehman Əliyev “Bakupost”a bildirib ki, Avropa ölkələrinin, xüsusən də BMT-nin 5 daimi üzvlərindən olan, Böyük Britaniya ilə Fransanın Orbanın namizədliyinə dəstək verəcəklərinə inanmır:

“Orbanın BMT Baş katibi seçilmək şansı yoxdur. Orbanın Avropa İttifaqında imici yaxşı olmayıb. Onun digər Avropa ölkələrilə müqayisədə Rusiya ilə münasibəti fərqli olub. Hər zaman Rusiyaya qarşı çıxarılan qərarları blok etməyə, maneə törətməyə çalışıb. Macarıstanın özündə də bir sıra siyasi azadlıqları məhdudlaşdırıb. Bu mənada onun namizədliyinin qəbul oluncağını düşünmürəm”.

Tramp adminstrasiyasının Orbanı BMT rəhbərliyinə gətirmək məqsədinə gəldikdə, müsahibimizin sözlərinə görə, Ağ Ev sahibi bununla Avropa İttifaqına təzyiq etmək istəyir:

“Tramp hər zaman eksordinar qərarlar verməyi xoşlayır. Bu mənada Orban tipli adamlardan onun xoşu gəlir. Həm də Orbanı irəli çəkməklə ABŞ Avropanı qıcıqlandırmaq istəyir. Bu mənada belə başa düşmək olar ki, təklif əslində Aİ-yə qarşı bir təzyiq formasıdır”.

Ekspertin fikrincə, son nəticədə tərəflər Orban deyil, hansısa başqa bir namizədlə bağlı ortaq razılığa gələcəklər:

“Bu da bir alver predmetidir. Danışıqlar gedəcək və hansısa başqa bir ortaq namizəd üzərində dayanacaqlar”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar