“Numbeo” beynəlxalq statistik məlumat bazasının 2026-cı il üçün qlobal cinayətkarlıq indeksi (Crime Index by Country 2026) hesabatına əsasən, dünyanın ən kriminogen ölkəsi 80,9 cinayət indeksilə Papua-Yeni Qvineyadır.
“Bakupost” xəbər verir ki, dünyanın ən yüksək cinayətkarlıq reytinqinə malik 10 kriminogen ölkəsi sırasında ikinci yerdə 80,4 cinayət indeksilə Venesuela gəlir.
Haiti reytinqdə üçüncü yerdə qərarlaşıb-80,1 cinayət indeksi.
Sonrakı yerləri müvafiq olaraq Əfqanıstan-74,8, Cənubi Afrika-74,5, Honduras -71,9, Trinad və Tobaqo-71,2, Suriya-67,5, Yamayka-67,4 və 66,9 indeksilə Qayana tutur.
Azərbaycan isə 31,6 cinayət indeksi ilə siyahıda 117-ci yerdə qərarlaşıb. Bu göstərici ölkəmizdə cinayətkarlıq səviyyəsinin aşağı, təhlükəsizlik mühitinin isə yüksək olduğunu göstərir. Azərbaycan təhlükəsizlik baxımından qonşu dövlətlərin bir çoxu ilə müqayisədə də daha yaxşı mövqedədir.
Belə ki, İran-50.8 cinayət indeksi ilə siyahıda 52-ci yerdədir. Türkiyə-41.5 cinayət indeksi ilə 90-cı, Rusiya-38.2 cinayət indeksi ilə 100-cü yerdə qərarlaşıb. Ermənistan təhlükəsizlik cədvəlində 22.1 indekslə 142-ci yeri, Gürcüstan isə 26.2 indekslə 128-ci pillədə yer alır.
Qeyd edək ki, Numbeo-nun cinayətkarlıq indeksi rəsmi polis hesabatlarından daha çox, ölkələrə səfər edən şəxslərin və yerli sakinlərin subyektiv təhlükəsizlik hissi, oğurluq, korrupsiya və hücum risklərinə dair rəyləri əsasında formalaşır.
Rüfət Sultan,
BakuPost