Ru
17:24 / 26 Oktyabr 2026

Aynur Elgünəş ev dustaqlığına buraxılmadı

Aynur Elgünəş ev dustaqlığına buraxılmadı
Eye

Hazırda həbsdə olan Jurnalist Aynur Elgünəşin səhhətində problemlər yaranıb.

"Bakupost" xəbər verir ki, bu barədə onun vəkili Elçin Sadiqov bildirib.

Onun sözlərinə görə, təcili əməliyyata göstəriş verilsə də, xəstəxana birbaşa əməliyyata razılaşmır:

“Bildirilir ki, əvvəl KT müayinəsindən keçirib onun nəticələrinə uyğun əməliyyat edə bilərlər. Aynur dəfələrlə əməliyyat olunduğu üçün KT müayinəsi olmadan birbaşa əməliyyat risklidir. Təzyiqi tez-tez dəyişir, bədənində qançırlar yaranıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsi onun barəsindəki həbsin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətimi təmin etmədi”.

Qeyd edək ki, Aynur Elgünəş digərləri ilə birgə “Meydan TV” işi üzrə 2024-cü ilin dekabrında həbs edilib. Hazırda məhkəmə işi davam edir.


Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar