Ru
17:35 / 26 Oktyabr 2026

Vuçiçin məğlubiyyəti Bakı–Belqrad əlaqələrinə necə təsir edəcək? – Yeni sınaq dövrü

Vuçiçin məğlubiyyəti Bakı–Belqrad əlaqələrinə necə təsir edəcək? – Yeni sınaq dövrü
Eye

Ötən bazar günü Serbiyada keçirilən parlament seçkiləri hazırda hakimiyyətdə olan Aleksandar Vuçiç üçün uğursuz olub.

İlkin hesablamalara görə, onun partiyası seçkilərin nəticəsi olaraq 250 yerlik parlamentdə 105 yerə sahib olub.

Müxalif düşərgəni təmsil edən “Tələbə siyahısı” isə 135–140 mandat qazanmaqla seçkinin qalibi olub.

Bu, əsasda “Tələbə siyahısı” təkbaşına hökumət qurmaq imkanı əldə edib.

“Tələbə siyahısı”nın başında dayanan isə İliya Srdanoviç adlı kardioloqdur. Serbiyanın gələcək rəhbərliyi ilə bağlı indi məhz onun adı diqqət mərkəzindədir.

Qeyd edək ki, Vuçiçin dövründə Azərbaycanla Serbiya arasında münasibətlər geniş həcmdə inkişaf edib. Serbiya Azərbaycandan əsasən neft, neft məhsulları və qaz alır. Rəsmi Bakı həmçinin Serbiyanın ərazi bütövlüyünə dəstək olaraq Kosovanı tanımayıb.
Vuçiçin məğlubiyyəti Bakı–Belqrad münasibətlərinə nə vəd edir?

Milli Məclisin deputatı Aydın Mirzəzadə “Bakupost”a bildirib ki, Azərbaycan istənilən dövlətlə münasibətləri şəxsə görə deyil, dövlətlərarası marağa görə qurur:

“Vuçiçin Azərbayan-Serbiya münasibətlərinin möhkəmlənməsində böyük xidmətləri olub. Artıq hər iki ölkənin fəaliyyət göstərdiyi konkret layihələr də var. Yeni adminstrasiya Azərbaycanla olan münasibətləri davam etdirmək istəyəcəksə, əlaqələrimiz daha da genişlənəcək. Onlar başqa variant seçəcəklərsə, bu da onun seçimi olacaq. Artıq birgə iştirak etdiyimiz layihələrlə bağlı yeni hökumətin yeni yanaşması olacaqsa, bunlar da müzakirə edilə bilər”.

Deputat qeyd edir ki, Azərbaycan heç kəslə nə zorla dost olmur, nə də heç kəslə münasibətləri bu və ya digər səbəbdən pozmaq üçün addım atmır.

Həmsöhbətimizin sözlərinə görə, hər şeyi gələcək göstərəcək:

“Serbiyanın yeni hökuməti istəyəcəksə, dostluğumuz daha da dərinləşəcək, istəməyəcəklərsə, onların yeni siyasəti öz seçimləridir”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar