Pakistanda üç nəfərin təcavüzünə məruz qalan 23 yaşlı azərbaycanlı Diana Bağıyeva bu ölkənin polis orqanlarına verdiyi ifadəni dəyişib.
"Bakupost" Oxu.az-a istinadla xəbər verir ki, Pakistan mətbuatı Diana Bağıyevanın ifadəsini dəyişməsi üçün pul aldığını iddia edib.
Məsələ Diana Bağıyevanın sosial şəbəkədə video müraciət yaymasından sonra yenidən gündəmə gəlib.