Jurnalist Elnarə Baxış Milli Kibertəhlükəsizlik Agentliyinin Elektron Təhlükəsizlik Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsindən ayrılıb.
"Bakupost" xəbər verir ki. bu barədə o sosial şəbəkə hesabında paylaşım edib.
"Bu günlərdə Milli Kibertəhlükəsizlik Agentliyində fəaliyyətimin bir ilini geridə qoydum və növbəti aydan etibarən buradakı "vaxtımı dayandırmaq" qərarına gəldim", - deyə o qeyud edib.
Qeyd edək ki, Elnarə Baxış bundan öncə TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsində çalışıb. Daha sonra isə o, Elektron Təhlükəsizlik Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdu.