Ru
10:34 / 27 Oktyabr 2026

Bakıda ən ucuz mənzillər bu ərazilərdə satılır - VİDEO

Eye

Bakıda ucuz mənzillərin hansı ərazilərdə satıldığı açıqlanıb.


"Bakupost"un xəbərinə görə, Qiymətləndiricilər Cəmiyyətinin idarə heyətinin sədri Vüqar Oruc deyib ki, hazırda paytaxtda nisbətən daha münasib qiymətə mənzillərə Qaradağ və Xəzər rayonlarında, eləcə də, Sabunçunun bəzi kənar ərazilərində rast gəlmək mümkündür.

Onun sözlərinə görə, bu ərazilərdə qiymətlərin aşağı olmasının əsas səbəblərindən biri kirayə bazarının da zəif olmasıdır. Kirayə gəlirlərinin aşağı olması həmin ərazilərin investisiya baxımından cəlbediciliyini azaldır.

Bildirilir ki, hazırda nisbətən aşağı qiymətlərlə mənzillərin təklif olunduğu, lakin gələcəkdə dəyər qazanmaq potensialına malik ərazilər də var.

Xüsusilə yeni layihələrin reallaşdırıldığı, yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırıldığı və əhalinin məskunlaşmasının artdığı ərazilərdə daşınmaz əmlakın qiymətində gələcəkdə yüksəliş müşahidə oluna bilər.

Daha ətraflı “Xəzər TV”nin videomaterialında:

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar