Ru
23:42 / 08 May 2025

BƏƏ lideri İlham Əliyevə zəng etdi

BƏƏ lideri İlham Əliyevə zəng etdi
Eye

Mayın 8-də Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Bakupost.az xəbər verir ki, telefon danışığı zamanı dövlət başçısının Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı Əbu-Dabidə keçirilmiş görüşlərdə aparılmış müzakirələrdən məmnunluq ifadə olunub.

Ölkələrimiz arasında qarşılıqlı etimad və dostluğa əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, mövcud siyasi dialoqun ruhuna uyğun olaraq iqtisadi-ticarət əlaqələrinin inkişaf etdiyi, müxtəlif sahələr üzrə nümayəndə heyətlərinin qarşılıqlı səfərlər həyata keçirdikləri vurğulanıb.

Dövlət başçıları ikitərəfli və regional gündəliyə aid məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar