Ru
17:24 / 16 Dekabr 2025

Vilayəti Paşinyana xəbərdarlıq mesajı göndərib - Politoloq

Vilayəti Paşinyana xəbərdarlıq mesajı göndərib - Politoloq
Eye

“İranın ali dini liderinin xarici siyasət məsələləri üzrə müşaviri Əli Əkbər Vilayəti Ermənistanın Tehrandakı səfiri ilə görüşdə Zəngəzur dəhlizinə qarşı anti-mövqeyi yenidən təkrarlayıb. O “Tramp marşrutu”nun Zəngəzur dəhlizi ilə eyni olduğunu və Tehranın buna qarşı olduğunu bildirib. Vilayəti “Tehran Zəngəzur dəhlizinə qarşıdır” desə də, İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçı Zəngəzur dəhlizinin əleyhinə deyillər”.

Bakupost.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

Onun fikrincə, Vilayətinin açıqlamasından bir daha anlaşılır ki, İranda müxtəlif məsələlərə olduğu kimi Zəngəzur dəhlizinə baxışda da hakim qüvvələrin iki fərqli mövqeyi var:

“Vilayətinin simasında isə mühafizəkarlar Məsud Pezeşkianla əks fikirdədirlər. Mühafizəkarların Zəngəzur dəhlizinin əleyhinə olmaları mövcud reallığı dəyişmir. Dəhlizin inşası davam edir və Ermənistanda fövqəladə hadisə baş verməsə “Tramp yolu” uzaqbaşı 2028-ci ilin sonlarına qədər işə düşəcək. Məsələnin maraqlı tərəfi başqadır. Ermənistan Xarici İşlər Nazirliyi İrandakı mühafizəkarların, o cümlədən Vilayətinin Zəngəzur dəhlizi əleyhinə olduğunu bildiyi halda, səfirini niyə onunla görüşə göndərib? Mümkündür ki, Vilayəti səfirlə görüşmək istəyib və erməni diplomat vasitəsilə baş nazir Nikol Paşinyana xəbərdarlıq mesajı göndərib. Vilayət eyni mesajı Azərbaycan səfiri vasitəsilə Bakıya göndərə bilməz. Çünki Azərbaycanın İrandakı səfiri Bakının təlimatı olmadan Vilayəti ilə görüşməz. Belə bir təlimata isə ehtiyac yoxdur”.

Lalə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar