Ru
16:31 / 16 Dekabr 2025

Xalq etiraz etdi - Trampın kürəkəni Serbiyadakı layihədən çıxdı

Xalq etiraz etdi - Trampın kürəkəni Serbiyadakı layihədən çıxdı
Eye

ABŞ Prezidenti Donald Trampın kürəkəni Serbiya paytaxtındakı insidentdən sonra Belqraddakı biznes layihəsindən çıxıb.

Bakupost.az “Nyu York Tayms”a istinadən xəbər verir ki, Cared Kuşnerə məxsus “Affinity Partners Development” investisiya şirkəti 1999-cu ildə NATO qüvvələri tərəfindən bombalanmış Serbiya Baş Qərargahının yerində tikiləcək otel layihəsindən geri çəkildiyini açıqlayıb.




Kuşnerin qərarı Belqrad prokurorluğunun otel tikintisi ilə əlaqədar 4 yüksək vəzifəli məmura qarşı korrupsiya ittihamı irəli sürməsindən sonra verilib. “Affinity Partners”in mətbuat xidməti bildirib ki, layihədən imtina etmək qərarı “əhəmiyyətli layihələr insanları bölməməlidir” prinsipinə, Serbiya xalqına və Belqrad şəhərinə hörmət səbəbindən qəbul olunub.

Layihəni əvvəllər Serbiya prezidenti Aleksandr Vuçiç dəstəkləyirdi və tikintinin turist axınını artıracağını, büdcəyə əlavə vəsait gətirəcəyini bildirirdi. Noyabr ayında Vuçiçə yaxın deputatlar keçmiş Baş Qərargah kompleksini mədəni irs obyektlərinin siyahısından çıxararaq, hotel tikintisi üçün bəzi binaların sökülməsinə şərait yaratmışdılar.

Mədəni İrsin Mühafizəsi üzrə Respublika Komitəsi ölkə qanunlarına əsasən obyektin statusunun ləğvinə icazə vermədiklərini açıqlayıb. Layihəyə qarşı çıxan ictimaiyyət də Vuçiçi Trampın maraqlarına görə qanunu pozmaqda ittiham ediblər.

Beləliklə, layihə korrupsiya qalmaqalı və ictimai etiraz səbəbindən risk altında qalıb və bu da Kuşner layihədən çıxmağa vadar edib.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar