Ru
15:49 / 16 Dekabr 2025

Azərbaycanda bu məktəblər bağlanacaq - ŞOK SƏBƏB

Azərbaycanda bu məktəblər  bağlanacaq - ŞOK SƏBƏB
Eye

Ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçməsi, xüsusilə regionlarda müşahidə olunan kəskin fərqlər valideynləri və şagirdləri düşündürür. Bəzi bölgələrdə güclü qar və şaxta hökm sürərkən, digər ərazilərdə tədrisin adi qaydada davam etməsi məktəblərin selektiv şəkildə bağlanmasının mümkün olub-olmaması sualını gündəmə gətirir. Bəs, regionlarda hava şəraiti fərqli olduqda məktəblərin selektiv şəkildə bağlanması mümkündürmü?

Bakupost.az xəbər verir ki, məsələ ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, sərt hava şəraiti müşahidə olunduğu hallarda orta ümumtəhsil məktəblərində ənənəvi olaraq müvəqqəti tətil tətbiq edilə bilər.

“Güclü külək, intensiv qar yağışı, yolların bağlanması, xüsusilə dağlıq ərazilərdə məktəblərə gediş-gəlişin mümkünsüz olması, çaylarda daşqın riski və ya məktəbin isitmə sistemində problemlər yaranarsa, həmin təhsil müəssisəsində tədrisin dayandırılması zəruridir”

R.Nurəliyev vurğulayıb ki, belə hallarda şagirdlərin sağlamlığı və təhlükəsizliyi əsas prioritetdir:

“Əgər şagirdlər əlverişsiz hava şəraiti səbəbindən hər hansı xəsarət ala bilərlərsə, bu artıq ciddi məsuliyyət yaradır. Ona görə də məktəb rəhbərliyi mövcud vəziyyətlə bağlı müvafiq qurumlara məlumat verir və rəhbərliyin qərarı ilə tədris müvəqqəti dayandırıla bilər”.

Ekspert əlavə edib ki, normal hava şəraiti, yüngül sulu qar və ya temperaturun qəfil enməsi avtomatik olaraq məktəblərin bağlanması üçün əsas sayılmır:

“Qış mövsümündə tədrisin davam etməsi adi haldır. Sadəcə hava dəyişdi deyə məktəblərin bağlanması doğru yanaşma deyil”.

R.Nurəliyevin sözlərinə görə, yalnız ciddi təbii fəlakət və ya təhlükəli hava şəraiti müşahidə olunduğu zaman məsələ ilə bağlı qərar müvafiq qurumlar -aidiyyəti nazirlik və ya Nazirlər Kabineti tərəfindən verilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar