Son dönəmdə sosial mediada və marketlərdə populyarlıq qazanan “Tokyo-Style” şokoladı əvvəlki ilin viral trendi olan Dubay şokoladının yerini almağa başlayıb.
Bakupost.az Avstriyanın məşhur qida portalı “Falstaff”a istinadən xəbər verir ki, ağ şokoladın tərkibində premium Yapon yaşıl çayı, çiyələk dilimləri və xüsusi yapon düyüsü birləşdirilib. Bu tərkib dad həvəskarlarının diqqətini çəkir və məhsulu daha da eksklüziv edir.
Dünyada yalnız məhz seçilmiş və bahalı mağazalarda satışa çıxarılan “Tokyo-Style” şokoladları məhdud sayda istehsal olunduğu üçün mağazalara maraq böyükdür. İstehlakçılar bu xüsusi dadı qaçırmamaq üçün növbələrdə dayanır, sosial mediada isə məhsulun dadı və təqdimatı haqqında müsbət rəylər paylaşılır.
Buna baxmayaraq, məhsulun qiyməti bəzi alıcılar tərəfindən tənqid olunur, çünki “Tokyo-Style” şokoladı premium kateqoriyaya aiddir.
Məhsulun populyarlığı Dubay şokoladı trendinin davamı kimi görülür, lakin yeni tərkib və Yapon mətbəxinin elementlərini birləşdirməsi onu fərqləndirir və sosial mediada yeni bir dalğa yaratmış olur.
Cavid, BakuPost