Ru
16:48 / 16 Dekabr 2025

"Roşka" məhkəmədə danışır: Qız dostuma dedim ki, tez buranı tərk etsin

"Roşka" məhkəmədə danışır: Qız dostuma dedim ki, tez buranı tərk etsin
Eye

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Roşka" ləqəbli "tik-tok"er Rövşən Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakupost.az Lent.az-a istinadla xəbər verir ki, məhkəmədə iş materiallarında olan video nümayiş olunub. Vəkil çıxışında nümayiş olunan videoda R. Süleymanovun təsir altında olmasının aydın göründüyünü bildirib.

Daha sonra təqsirləndirilən R. Süleymanov ifadə verib:

"2025-ci ilin 29 yanvarında qız dostumu gözəllik salonuna gətirmişdim. Onu gözləyənə kimi "tik-tok"a baxırdım ki, ki, vaxt keçsin. Elə zaman yaxınlaşıb saxladılar. Elə bu vaxt qız dostum salondan çıxıb gəldi, ona tez buranı tərk etməsini xahiş elədim".

Növbəti məhkəmə iclası 6 yanvar saat 15:00-a təyin olunub.

Xatırladaq ki, "Roşka" ləqəbli "tik-tok"er Rövşən Süleymanov bu ilin yanvar ayında canlı yayımlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar