Ru
18:37 / 16 Dekabr 2025

Bu titul Bakıya təhvil verildi

Bu titul Bakıya təhvil verildi
Eye

Dünya İdman Paytaxtı titulu rəsmi olaraq Monakodan Bakıya təhvil verilərək, bununla da Azərbaycan paytaxtı 2026-cı il üzrə Dünya İdman Paytaxtı elan olunub​​​​​​​.


Bakupost.az xəbər verir ki, dövlət rəsmilərinin və Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının (ACES) nümayəndələrinin iştirakı ilə Dünya İdman Paytaxtları xatirə lövhəsinin rəsmi imzalanma mərasimi keçirilib.


Bildirilib ki, Bakı şəhəri beynəlxalq idman ictimaiyyəti üçün əlamətdar bir status qazanaraq 2026-cı il üzrə “Dünya İdman Paytaxtı” adına layiq görülüb.

Mərasimdə Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, ACES-in prezidenti Gian Francesco Lupattelli, ACES-in baş katibi Hugo Alonso Castanon, həmçinin Monako Knyazlığının sabiq təhsil, gənclər və idman naziri Isabelle Claude Aline Bonnal iştirak ediblər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar