Ru
18:22 / 16 Dekabr 2025

İşə qəbulla bağlı saxta elanlar paylaşdı: həbs olundu - VİDEO

İşə qəbulla bağlı saxta elanlar paylaşdı: həbs olundu - VİDEO
Eye

Bakının Binəqədi rayonunda saxta iş elanları paylaşan şəxs məxsuliyyətə cəlb olunub.

Bakupost.az xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sosial şəbəkələrdə saxta iş elanları yerləşdirərək dələduzluqlar edən 38 yaşlı Mahmud Şərifov saxlanılıb.

Müəyyən edilib ki, M.Şərifov onunla əlaqə saxlayan hər bir şəxsin işə qəbulla bağlı müraciətinin qeydə alınması üçün müxtəlif məbləğlərdə pulun kartına köçürülməsini tələb edib. O, pulları əldə edəndən sonra zərərçəkənlərlə əlaqələrini kəsib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Vətəndaşlara bir daha tövsiyə edilir ki, sosial şəbəkələrdə rastlaşdıqları iş elanları məlumatlarına diqqətlə yanaşsınlar və həmin şəxslərə onlayn ödənişlər etməkdən çəkinsinlər.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar