Ru
19:14 / 16 Dekabr 2025

Rusiyadan Ukrayna açıqlaması: Qətiyyən razı deyilik!

Rusiyadan Ukrayna açıqlaması: Qətiyyən razı deyilik!
Eye

Rusiya heç vaxt və heç bir halda NATO qoşunlarının Ukraynada yerləşdirilməsinə razılıq verməyəcək.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

O qeyd edib ki, Rusiya tərəfi hələlik Vaşinqton və Kiyev arasında danışıqların nəticəsi barədə məlumata malik deyil.

Ryabkovun sözlərinə görə, Rusiya danışıqlar prosesinin nəticəsini gözləyir, lakin heç bir ön mühakiməsi yoxdur.

Eyni zamanda, Ryabkov vurğulayıb ki, Rusiya NATO qoşunlarının Ukrayna ərazisində yerləşdirilməsinə qətiyyən razılıq verməyəcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar