Ru
18:15 / 16 Dekabr 2025

Azərbaycanlıları Türkiyədə ev alışı KƏSKİN ARTDI

Azərbaycanlıları  Türkiyədə ev alışı KƏSKİN ARTDI
Eye

Noyabrda Türkiyədə əcnəbilərə, ümumilikdə, 1943 ev satılıb. Azərbaycan vətəndaşları isə ötən ay qonşu dövlətdən 90 daşınmaz əmlak alıblar. Bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 21.6% artıb.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, noyabrda qonşu ölkədə xaricilərə mənzil satışı əvvəlki ilin eyni dövrünə görə 8,2% azalıb. Yanvar-sentyabr aylarında isə əcnəbilərə mənzil alqı-satqısı ötən ilin eyni dövrü ilə müqayisədə 35,1% azalaraq 21 363 təşkil edib.

Ötən ay ən çox daşınmaz əmlak Rusiya Federasiyası vətəndaşlarına satılıb (421). İkinci yerdə İran vətəndaşları qərarlaşıb – onlar Türkiyədən 200 ev alıb. Ukrayna vətəndaşları isə ötən ay 160 mənzil alaraq üçüncü yerdə qərarlaşıblar.

Xatırladaq ki, oktyabrda azərbaycanlılar Türkiyədən 96 mənzil alıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar