Ru
18:08 / 16 Dekabr 2025

Avropa aviaşirkətinə məxsus təyyarədən 35 il sonra İLK

Avropa aviaşirkətinə məxsus təyyarədən 35 il sonra İLK
Eye

İraq Nəqliyyat Nazirliyi Yunanıstanın "Aegean Airlines" aviaşirkətinə məxsus təyyarənin 35 ildə ilk dəfə Bağdad Beynəlxalq Hava Limanına eniş etdiyini bəyan edib.

Bakupost.az Report-a istinadla xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" telekanalı məlumat yayıb.

Nazirliyin məlumatına görə, Bağdad–Afina–Bağdad marşrutunda həftədə iki reys həyata keçiriləcək və tələbatdan asılı olaraq reyslərin sayının artması mümkündür.

Nazirlik həmçinin qeyd edib ki, bu eniş "İraqın Avropa aviasiya xəritəsinə qayıdışı"nın əlamətidir və "İraq aviasiya sektorunun bərpasında yeni mərhələnin" başlanğıcını qoyub.

Bu ilin əvvəlində yunan aviaşirkəti Ərbilə uçuşları başladıb.

Xatırladaq ki, Avropa aviaşirkətləri 1990-cı illərin əvvəllindən, İraqın keçmiş prezidenti Səddam Hüseynin qonşu Küveytə müdaxiləsindən bəri təhlükəsizlik səbəbləri ilə Bağdad beynəlxalq hava limanına birbaşa uçuşlar həyata keçirmirdilər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar