Ru
11:37 / 28 Yanvar 2025

Keçmiş icra məmuru həbs edildi - Rüşvət..

Keçmiş icra məmuru həbs edildi - Rüşvət..
Eye

Ədliyyə Nazirliyinin əməkdaşı cinayət məsuliyyətinə cəlb edilib.

Bakupost.az xəbər verir ki, rayon icra şöbələrindən birində icra məmuru işləmiş Novruzov Ayxan Nəsrulla oğlu rüşvət almaqda və dələduzluqda ittiham edilir.

A.Novruzov barəsindəki qanunsuzluqlar haqda daxil olmuş məlumatlar Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş Baş İdarəsində araşdırılıb.

Ona qarşı rüşvət alma və dələduzluq maddələri ilə yekun ittiham elan edilib, barəsində məhkəməyə qədər ev dustaqlığı qətimkan tədbiri seçilib.

Yaxın günlərdə iş üzrə məhkəmə araşdırmasının başlayacağı gözlənilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar