Ru
22:46 / 05 Dekabr 2022

Keyt Middletonun "sağ əli" istefa verdi

Keyt Middletonun "sağ əli" istefa verdi
Eye

Uels şahzadəsi Keyt Middletonun ən yaxın müşaviri istefa verib.


Bakupost.az xarici mətbuata istinadən bildirir ki, şahzadə ən yaxın məsləhətçisi Hanna Lodge ilə yollarını ayırmalı olub.


Hanna 2020-ci ilin iyun ayından Keyt Middleton ilə işləyir. O, bundan əvvəl 20 ildən çox Britaniya Xarici İşlər Nazirliyində çalışıb. Hazırkı istefa qərarının səbəbi bilinmir.


Uels şahzadəsinin rəsmi iqamətgahı Kensinqton sarayında vakant yer açılıb. Hazırda namizədlərin axtarışı elan edilib. Müvəqqəti olaraq Hannanı Natali Barrouz əvəzləyəcək.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar