Rusiya ordusu KXDR vətəndaşlarının da daxil olduğu “xüsusi Buryat batalyonu” yaradıb. Şimali Koreyadan olan 18 hərbçinin artıq Rusiyanın Bryansk və Kursk vilayətləri sərhədindəki mövqelərindən qaçdığı deyilir.
Bakupost.az xəbər verir ki, bu barədə “Ukraynskaya pravda” və “Kanal 24” xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
“Ukraynskaya pravda”nın mənbələrinin məlumatına görə, bu, Ukrayna ilə dövlət sərhədindən 7 kilometr aralıda baş verib.
Mənbə jurnalistlərə bildirib ki, Şimali Koreya hərbçilərinin qaçmasının səbəbləri məlum olmasa da, Rusiya ordusu onları axtarmağa başlayıb.
Öz növbəsində rus işğalçıları bu cür məlumatları yüksək komandanlıqdan gizlətməyə çalışırlar.
Eyni zamanda, Kanal 24-ün kəşfiyyatdan olan mənbələri qeyd edib ki, KXDR hərbçiləri Rusiya Ordusunun 11-ci əlahiddə desant briqadasının bazasında xidmət edib. Burada təxminən 3 min nəfər xidmət edir.
Kanal 24-ün mənbələrinə görə, Rusiya indi yeni yaradılmış batalyonun hərbçilərini atıcı silahlar və döyüş sursatları ilə təmin edir.
Zaur, BakuPost