Ru
17:17 / 15 May 2025

Kiyevlə növbəti təmaslar barədə danışmaq tezdir - Kreml

Kiyevlə növbəti təmaslar barədə danışmaq tezdir - Kreml
Eye

Biz Ukrayna ilə növbəti danışıqların hansı səviyyədə keçiriləcəyini və ya Rusiya Prezidenti Vladimir Putinin həmin görüşdə iştirak edib-etməyəcəyini müzakirə etməyi tez hesab edirik.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açlqLamasında Kremlin sözçüsü Dmitri Peskov bildirib.

"Rusiya danışıqlar üçün komanda formalaşdırılıb. Komandanın tərkibi Rusiya prezidentinin əmri ilə müəyyən edilib. Rusiya tərəfinin mövqeyi hazırlanıb. Bizim nümayəndə heyətimiz İstanbuldadır. Növbəti mərhələdə hansı səviyyədə iştirakın lazım olacağını söyləmək hələ tezdir", - Peskov vurğulayıb.

Kreml sözçüsü jurnalistlərin prezident Putinin niyə İstanbula getmədiyi və dövlət başçısının gələcək danışıqlarda iştirak edib-etməyəcəyi barədə suallarına belə cavab verib:

"Rusiya nümayəndə heyəti hazırdır və gözləyir. İstandbuldadır."

Aysel,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar