Hansı bank etibarlıdır? - SORĞU
Ru
22:51 / 08 İyul 2024

Komaya düşən qız Allahla görüşdüyünü dedi

6784
Amerikada 24 yaşlı Mariandra Kardens astma tutması boğulması ilə huşunu itirib və xəstəxanaya yerləşdirilib.

Bakupost.az xəbər verir ki, Qvatemaladan olan qız reanimasiyada süni tənəffüs aparatına qoşulub və bir müddət medikamentoz komaya salınıb.

Komadan ayılandan sonra qız bu müddətdə nələr gördüyünü danışıb və Allahı gördüyünü iddia edib.

“Mən işıqla dolu bir yerdə idim, orda nə günəş, nə ay yox idi. Çox uzun bir masanın başında oturmuşdum, adamlar, yeməklər dolu idi, amma onlar bizim kimi deyildi, işıqdan ibarət idilər. Stolun başında Allah əyləşmişdi, onun işığı hamıdan çox idi. Sonra o mənə ye dedi. Bir müddət sonra isə qayıtmalı olduğumu bildirdi. “Sevgi naminə sən geri qayıtmalısan”.

Mən onun üzünü görmədim, amma o gülürdü və çox işıqlı idi”.

Həkimlər isə onun dediyini ciddi qəbul etməyib.


Aygün Musayeva
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar