Şimali Koreyanın Ukraynaya qoşun göndərməsi “əhəmiyyətli eskalasiya” yaradacaq.
Bakupost.az xəbər verir ki, bu barədə NATO Baş katibi Mark Rutte “X” platformasındakı bildirib.
O qeyd edib ki, Şimali Koreyanın Ukraynaya qarşı müharibədə Rusiyaya dəstək vermək üçün qoşun göndərməsi “əhəmiyyətli eskalasiya” yaradacaq.
Qeyd edək ki, Cənubi Koreya kəşfiyyatı Şimali Koreyanın Ukraynaya qarşı müharibədə Rusiyaya dəstək vermək üçün xüsusi təyinatlılar da daxil olmaqla 12 min əsgərdən ibarət dörd briqada göndərməsi ilə bağlı məlumat yayıb.