Ru
13:23 / 14 Sentyabr 2022

Laçın dəhlizi boyunca yeni yol apreldə açılacaq - Rusiya XİN

Laçın dəhlizi boyunca yeni yol apreldə açılacaq - Rusiya XİN
Eye

Rusiya Xarici İşlər Nazirliyi Laçın dəhlizi boyunca yeni yolun apreldə açılacağını açıqlayıb.


Bakupost.az Rusiya KİV-ə istinadla xəbər verir ki, bu bardə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar bildirib. O deyib ki, Laçın dəhlizi boyunca yeni yol 2023-cü il aprelin 1-də açılacaq.


“Avqustun 30-dan etibarən Laçın şəhərindən və köhnə dəhliz marşrutunun mühafizə zolağında yerləşən digər yaşayış məntəqələrindən keçmək üçün müvəqqəti marşrut xətti üzrə nəqliyyatın hərəkəti həyata keçirilir”, - deyə Qonçar bildirib.


Onun sözlərinə görə, Laçın dəhlizinin iş rejimi dəyişməyəcək, Rusiya sülhməramlıları “müvəqqəti yola köçürülüb”, onlar 2023-cü ilin aprelində yeni marşruta keçəcəklər.


Qonçar onu da vurğulayıb ki, avqustun 24-də Ermənistan və Azərbaycan arasında razılaşma və Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə razılıq əsasında köhnə dəhliz marşrutunun təhlükəsizlik zolağında yerləşən yaşayış məntəqələrinin sakinlərinin köçürülməsi başa çatıb.


Günel
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar