Livan Səhiyyə Nazirliyi yanında Təcili Əməliyyatlar Mərkəzi son 24 saat ərzində Beyrut və Baalbek-Hermel, Bekaa, Dağlıq Livan, Nəbatiyyə, Səydə və Tir əyalətlərindəki yaşayış məntəqələrinə İsrailin hava hücumları nəticəsində ölənlər barədə məlumat yayıb.
Bakupost.az xəbər verir ki, mərkəzin 1 X-də (keçmiş Twitter) yerləşdirilən məlumatında 22 nəfərin öldüyü, 111 nəfərin yaralandığı bildirilir.
Ən çox ölü sayı paytaxtın kənarında qeydə alınıb. Belə ki, Beyrutun ətrafında15 nəfər ölüb, 46 nəfər yaralanıb.
2023-cü ilin oktyabrında hərbi eskalasiya başlayandan bəri İsrailin bombardmanları və artilleriya atəşi nəticəsində ölənlər haqqında məlumatlar da yenilənib: 2083 ölü, 9869 yaralı.
Zaur
BakuPost