Ru
01:29 / 02 Oktyabr 2024

Livandan Suriyaya 240 min qaçqın keçib

995
İsrailin Livanda "Hizbullah"a qarşı əməliyyata başlatmasından sonra təxminən 240 min Suriya və Livan vətəndaşı Suriyaya qaçıb.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə Livan Fövqəladə Hallar Mərkəzinin hesabatında deyilir.

"Ümumi Təhlükəsizlik Xidməti 2024-cü il sentyabrın 23-dən 30-dək 176 080 Suriya vətəndaşının və 63 373 Livan vətəndaşının Livandan Suriyaya keçidini qeydə alıb. Livan hökuməti qaçqınlara yardım üçün BMT agentliklərinə və dost ölkələrə müraciət edib. Hazırda qaçqınlar üçün 425 milyon dollar tələb olunur", - sənəddə deyilir.

Sentyabrın 23-də İsrail “Hizbullah” qüvvələrinə qarşı “Şimalın oxları” əməliyyatına başlayıb. Əməliyyat zamanı Livandakı hərbi hədəflərə qarşı kütləvi hava hücumları həyata keçirilib. Sentyabrın 27-dəendirilən zərbələrdən biri nəticəsində Beyrutda "Hizbullah" lideri Həsən Nəsrullah öldürülüb. Şiə hərəkatı onun ölümünü təsdiqləyib və İsrailə qarşı mübarizəyə davam edəcəyrinə söz verib.

Zaur, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar