Belarusun ən böyük süd məhsulları istehsalçısı olan "Savuşkin Produkt" şirkəti ölkə Prezidenti Aleksandr Lukaşenkoya tunc inək heykəli hədiyyə edib.
"Bakupost" xəbər verir ki, müəssisəyə səfəri zamanı təqdim olunan bu simvolik hədiyyə ölkənin kənd təsərrüfatı və südçülük sənayesinə göstərilən diqqətə minnətdarlıq rəmzi kimi dəyərləndirilib.
Təqdim olunan heykəl real ölçülərə yaxın formada hazırlanıb. Heykəlin boynunda şirkətin adı həkk olunmuş zəng və qulağında çiçək detalı diqqət çəkir. Aleksandr Lukaşenko heykəli maraqla qarşılayaraq ona baxış keçirib.
"Savuşkin Produkt" Belarusun süd emalı sahəsində lider brendlərindən biri olmaqla yanaşı, məhsullarını bir çox xarici ölkələrə də ixrac edir.
Günel,
BakuPost
Hörmətli Müəllif, *Savuşkin Produkt* elə Azərbaycanımız üçün də gündəlik təravətli süd yetirən *Qızıl İnək* simvolu deyilmi? Belarus və Malakan qardaşların bircə vacib Münasibəti-Böyük Qardaş Kremli kəskinliklə müharibədən heç bir iddiasız Sülhə gətirmək missiyası qalır? Həmin Sülh hər tərəfdən Rusiya Federasiyasına bərəkət və *Böyüklük*-münasibəti gətirəcək!?