Ru
17:02 / 24 Yanvar 2023

"Maaş artımı bahalaşma və inflyasiyaya səbəb olacaq”- İqtisadçı

4045
“2023-cü ildə qiymətlərin artımı istiqamətində çağırışlar kifayət qədər ciddidir. Məhsulların istehsalının maya dəyərində artımlar daha yüksəkdir. Biz istehsal qiymətləri indeksinə baxanda görürük ki,​ bu göstərici daha çox artıb. Amma bu, bazara​ tam transformasiya oluna bilməyib. Nəyə görə? Çünki bazarda qiymətləri təkcə maya dəyəri müəyyənləşdirmir. Eyni zamanda digər faktorlar da buna təsir göstərir. O cümlədən əhalinin alıcılıq gücü”.




Bunu Bakupost.az -a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov​ deyib.

Onun sözlərinə görə, alıcılıq gücü aşağı olanda bu, qiymətlərin bahalaşması istiqamətində təzyiqləri qismən də olsa, neytirallaşdırır. Hələlik istehsal prosesində yaranan xərclər tam olaraq bazara ötürülmədiyi üçün zaman -zaman şirkətlər bu fürsətləri bazarda​ dəyərləndirirlər. Alıcılıq gücünün artması istiqamətində yeganə amil hökumətin açıqladığı sosial paketlərdir:

“Amma burada bir məqama diqqət etmək lazımdır. Bu paketlər bazara nə qədər əlavə vəsaitin daxil olmasına gətirib çıxaracaq? Hələlik açıqlanan iki paketdən belə aydın olur ki, onların ümumi illik dəyəri təxminən bir milyon yüz min manat olacaq. Biz ötənilki ishehlak həcminə baxanda, bu il də bazarda istehlak həcminin illik 50 milyardın üzərində, aylıq isə təxminən 4 milyard yarım ətrafında olacağını ehtimal edirik. Belə olan təqdirdə sosial paketlərin ay ərzində bazara daxil edəcəyi məbləğ ən yaxşı halda yüz milyon manatdır. Yəni 4 milyard yarımın qarşılığında yüz milyon manat ən yaxşı halda pul kütləsinin ay ərzində 2-2,5 faiz artması anlamına gəlir ki, bu da təbii ki, qiymətlərin artımına səbəb olacaq. Hətta paketlər tam açıqlanmasa da, şirkətlər bunu etmək məcburiyyətində qalacaq".

İqtisadçı qeyd edib ki, bununla belə sözügedən artımlardan qaynaqlanan infilyasiya səviyyəsi çox da böyük həcmdə olmayacaq:


“Yəni 2023-cü ildən baş​ verən bahalaşmanı yalnız bu paketlərlə əlaqələndirmək doğru olmaz. Bu paketlərin infilyasiya tohfəsi 0.5-1.5 faiz arasında ola bilər”.

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər