Malayziyada güclü daşqınlar səbəbindən 122 mindən çox insan təxliyə edilib.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Malayziyanın şimal ştatlarında leysan yağışlarının səbəb olduğu güclü daşqınlar nəticəsində 122 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Bildirilib ki, Kelantan, Terengqanu və Saravak əyalətlərində ölənlərin sayı 4 olaraq qalır, rəsmilər isə leysan yağışlarında heç bir fasilə olmadığı üçün daşqınların daha da arta biləcəyindən ehtiyat edirdilər.