Hansı bank etibarlıdır? - SORĞU
Ru
15:10 / 05 İyul 2024

Manaf Ağayevi İmam Əli və Tağıyevə bənzətdi - Qalmaqallı açıqlama

4236
“Manaf haqqında nə şayiə yayırlar yaysınlar, bunun heç bir əhəmiyyəti olmayacaq. Manaf heç vaxt deputat olmaz, bunu yadınızda saxlayın".





Bakupost.az xəbər verir ki, bunu müğənni Əli Mirəliyev həmkarı Manaf Ağayevin deputat olmaq istədiyi barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib.

O qeyd edib ki, Manaf Ağayev xeyriyyəçi insandır, bunun üçün onun deputat olmasına ehtiyac yoxdur:

"Kasıba əl tutmaq Əlidən qalıb. Manaf da Əlinin yadigarlarındadır. Mən Əli yox e, qurban olduğum o Əlinin. Bəyəm Hacı Zeynalabdin Tağıyev deputat idi? Xeyr, amma xeyriyyəçi kimi tarixə düşdü”.

Qeyd edək ki, müğənni Manaf Ağayev deputat olmaq istədiyi haqda yayılan xəbərə münasibət bildirərkən belə bir fikrinin olmadığını bildirib:

“Bu yerdə deyiblər də, oturduğun yerdə işə düş. Mən müğənniyəm, iş adamıyam, siyasətçi deyiləm. Qələt edərəm siyasətə qoşularam, siyasəti heç vaxt sevməmişəm. Məndən deputat olmaz”.


Vasif Əlihüseyn
BakuPost


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar