Hansı bank etibarlıdır? - SORĞU
Ru
17:40 / 15 Oktyabr 2024

Marketdən alınan zefirdən kütləvi zəhərlənmə

1854
Rusiyanın 3 məşhur supermarketlərində satılan zefir məhsulundan xeyli insan zəhərlənib.

Bakupost.az Rusiya KİV-ə istinadən xəbər verir ki, “Perekrestok”, “Pyateroçka”, “VkusVill” supermarketlərində satılan zefirdən zəhərlənmə baş verib.

“Sokol” zavodunun məhsulu olan zefirin tərkibində şəkər əvəzləyicisi olan maltit məhsulu yeyənlərdə zəhərlənməyə səbəb olub.
Zavod rəsmiləri isə alıcıları acgözlükdə və zefiri birdəfəyə çox yeməkdə günahlandırıb.

"Rospotrebnadzor" müəssisəyə yoxlama reydi keçirib. Eləcə də market rəflərində olan məhsuldan nümunələr götürülüb.

Zavod bildirib ki, məhz bu tərkibdə zefirlər diabet xəstələri üçün istehsal olunur, onlar isə günə 1 ədəddən artıq zefir yemir. Diabet olmayan şəxslər isə məhsulu alaraq, bir günə bir qutunu çayla içib, ona görə bədəndə həmin maddənin miqdarı artıb və zəhərlənməyə səbəb olub.

Aygün Musayeva
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar