Kürdəmir sakini bədbəxt hadisə nəticəsində ölüb.
Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, mayın 5-i Kürdəmir şəhəri Şəhriyar küçəsində yaşayan 1967-ci il təvəllüdlü Elman Məmmədov idarə etdiyi “Ford” markalı avtomobildən düşərkən yıxılıb. O, boyun nahiyəsində sınıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Tibbi yardıma baxmayaraq, E.Məmmədov mayın 28-i xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.