Ru
14:00 / 21 May 2025

Mayamidə faciəvi şəkildə ölən Ceyhunun ailəsi: "Xanımını xilas edəndə boğuldu" - VİDEO

Eye

ABŞ-nin Florida ştatının Mayami şəhərində azərbaycanlı gənc Ceyhun Sadibəyli faciəli şəkildə həlak olub.

Bu barədə Bakupost.az -a Ceyhun Sadıqbəylinin yaxınları bildirib.

Onların dediyinə görə, hadisə “South Beach” adlanan ərazidəki çimərlikdə baş verib. Belə ki, orada istirahət edərkən Ceyhunun həyat yoldaşı suda boğulmaq təhlükəsi iləüz-üzə qalıb. Xanımını ölümün cəngindən xilas edən Ceyhun özü boğularaq həlak olub.

Yenicə ailə həyatı quran Ceyhun Bostondakı şirkətlərin birində satış meneceri işləyirmiş.

Hazırda onun cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.

Qeyd edək ki, Ceyhun 2000-ci ildə Yardımlı rayonunun Bozayran kəndində doğlub. O, 665 balla ADA Universitetinin Biznesin idarə edilməsi ixtisasının ingiliscə bölməsinə daxil olaraq bakalavr pilləsini bitirmişdi.

Fatma,
BakuPost

Mayamidə faciəvi şəkildə ölən Ceyhunun ailəsi:  "Xanımını xilas edəndə boğuldu" - VİDEO
Mayamidə faciəvi şəkildə ölən Ceyhunun ailəsi:  "Xanımını xilas edəndə boğuldu" - VİDEO
Mayamidə faciəvi şəkildə ölən Ceyhunun ailəsi:  "Xanımını xilas edəndə boğuldu" - VİDEO
Mayamidə faciəvi şəkildə ölən Ceyhunun ailəsi:  "Xanımını xilas edəndə boğuldu" - VİDEO
Mayamidə faciəvi şəkildə ölən Ceyhunun ailəsi:  "Xanımını xilas edəndə boğuldu" - VİDEO
Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar