Ru
21:00 / 19 May 2022

“Məhərrəmlikdə, mayda evlənməyənlərin uşağı şikəst olmur?” - Elşad Miri

4400
“May ayında evlənənlərin uşaqlarının şikəst olacağı ilə bağlı xəbərlər tamamilə uydurmadır”.


Bu sözləri ilahiyyatçı Elşad Miri Bakupost.az -a açıqlamasında deyib.


O, may ayında toy etməyin uğursuzluğu barədə mövcud fikirlərin dinə də zidd olduğunu bildirib:


“Başqa vaxt toy edənlərin hamısının uşaqları sağlamdırmı? Başqa ayda evlənənlər boşanmırmı? Bu düşüncələr hamısı absurddur”.


E. Miri məhərrəmlikdə də toy etməməklə bağlı fikrilərə toxunub: “Ümumiyyətlə cənub bölgələrində məhərrəmlikdə və ondan sonra gələn səfər ayında toy etməyi qadağan edirlər. Lakin Zaqatala, Balakən, Şəki zonalarında həmin vaxt toylar olur. İndiyə kimi də bir problem olmayıb. Bakının özündə də şadlıq evlərində toy ediblər.


Dünyada məhərrəmlikdə toy edən milyonlarla insan var. Bu təfəkkürlə yanaşsaq, deməli onların hamısı qırılır və dünya əhalisinin 1/3-i məhv olur. Belə bir məntiq, yanaşma, din yoxdur. Bu, dindarlıq deyil, dini darlıqdır. İnsan düşünməyi, sorğulamağı, mühakimə etməyi bacarmalıdır. Niyə insanlar islam dininə biznes kimi yanaşan din xadimlərini yanına buraxırlar? Ortada aldadan varsa, deməli aldanan da var. Aldanan insan da sorğulamırsa, günahı hər iki tərəfdə görürəm".


Fərid
Baku Post
Şərhlər
  • t.ədalət

    Elşad Mirinin çıxışları vahabilikdən qaynaqlanır.Məsələn,may ayında evlənmə ona görə doğru sayılmır ki,bu ayda təbiətdə oyanma gedir.Gənclər daha ehtiraslı olurlar.Nəticədə yataqda ölənlər çox olurdu.O ki qaldı məhərrəmlik məsələsinə.Peyğəmbər (s.a.s.) özündən sonra bütün müsəlman aləminə iki əmanət qoyub gedib:Quran və Əhli-Beyt.İmam Hüseyn də Əhli-Beyt üzvüdür.Burda sünni-şiə məsələsi axtarmaq savadsızlıqdır.Putin heç bir məna daşımayan "georgi lenti" taxır və bütün rusları buna məcbur edir.Bizim Əhli-Beyt üzvü olan İmam Hüseyn isə şəhidliyin,əqidə bütövlüyünün təkrarsız simvoludur.Onu müsəlmanlar niyə anmasın?İmam Hüseynin böyüklüyünü Hindistanda Mahatma Qandi gördüyü halda bizimkilərin gözü,görəsən,niyə nöqsanlıdır?

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər