Ru
22:04 / 05 Sentyabr 2024

Mehriban Əliyeva Vəli İsrafilovu təbrik etdi

Mehriban Əliyeva Vəli İsrafilovu təbrik etdi
Eye

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva paraüzgüçüsü Vəli İsrafilovun Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanması ilə bağlı rəsmi instaqram hesabında paylaşım edib.

Bakupost.az xəbər verir ki, paylaşımda deyilir:

“Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov Paris-2024 Yay Paralimpiya Oyunlarının bürünc mükafatçısıdır! İdmançımızı təbrik edir, ona yeni qələbələr və nailiyyətlər arzulayıram!”.

Qeyd ki, Vəli İsrafilov SB13 kateqoriyasında 100 metr məsafəyə brass (qurbağa) üsulu ilə üzmə yarışında qüvvəsini sınayıb. O, 1:05:35 nəticə göstərərək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.


Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar