Ru
12:20 / 25 Yanvar 2022

Məktəbdə çəkilən bu görüntülərlə bağlı rəsmi açıqlama - VİDEO

Məktəbdə çəkilən bu görüntülərlə bağlı rəsmi açıqlama -  VİDEO
Eye

Ötən gün sosial şəbəkələrdə məktəblərin birində şagirdlərin sinif otağında müəllimə qarşı qeyri-etik hərəkəti ilə bağlı görüntülər yayılıb. Sözügedən videoda şagirdlərdən biri ayaqlarını partanın üzərinə qoyur, digəri isə müəllimin arxasında dayanaraq portretlərlə lağlağı edir. Eyni zamanda, sinif otağındakı stulların üzərində kriminal avtoritetlərdən birinin adı yazılıb və oğru dünyasına aid simvollar çəkilib. Bu görüntülər ciddi müzakirələrə yol açıb və müəllimə qarşı hörmətsizlik kimi qiymətləndirilib.


Bakupost.az xəbər verir ki, məsələ ilə bağlı Təhsil Nazirliyindən bildirilib ki, görüntülərin Azərbaycan məktəblərində olması təsdiqini tapmayıb: “Amma məsələ ilə bağlı Təhsil Nazirliyi tərəfindən araşdırma aparılır”.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar