"Supernatural" serialının ulduzu Niki Aykoks xərçəngdən vəfat edib.
Bakupost.az xarici mediaya istinadən bildirir ki, 47 yaşlı aktrisanın ölüm xəbərini baldızı təsdiqləyib.
Bildirilib ki, qan xərçəngi diaqnozu qoyulan aktrisa ötən ildən bəri xəstəliklə mübarizə aparırdı.
Niki Aykoks "Cold Case", "Law & Order", "Dark Angel", "The X-Files", "Boy Meets World" kimi məşhur seriallarda rol alıb.