Ru
11:52 / 12 Oktyabr 2022

Milyon dollarlıq əsərini yandırıb kül etdi - FOTO

10592
Britaniyanın ən zəngin rəssamı Damien Hirst milyon dollar dəyərində olan sənət əsərini yandırıb.

Bakupost.az xarici mediaya istinadla xəbər verir ki, məşhur rəssam yeni çıxardığı kolleksiyanın həm real, həm də NFT veersiyalarını satış üçün təqdim edib. Hirst əsərlərin NFT versiyalarını alanlara onların orijinal versiyasını yandıracağını deyib.

57 yaşlı rəssam Londondakı "Newport Street Gallery"də əlcək və kombinezon geyinərək əsərlərini yandırıb. Bu anları sosial media hesabında canlı yayımlayan sənətçi oktyabrın sonuna kimi daha minlərlə əsərini külə döndərəcəyini bildirib.

Rəsmləri milyonlarla izləyicinin gözü qarşısında yandıran sənətçi bunun "gözlədiyindən də yaxşı hiss" olduğunu deyib.

Xatırladaq ki, Hirst “rəngli nöqtələrdən” ibarət sənət əsərləri ilə tanınır.




Günel
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər