Mingəçevir şəhərində Qarabağ su kanalının yaxınlığında meyit tapılıb.
Bakupost.az -ın məlumatına görə, aparılan araşdırmalar nəticəsində tapılan meyitin Mingəçevir şəhər sakini, 1978-ci il təvəllüdlü Həsənov Ramil Ağali oğluna məxsus olduğu müəyyən edilib.
Bildirilib ki meyitin üzərində zorakılıq əlamətləri aşkar olunmayıb.
Faktla bağlı araşdırma aparılır.