Ru
11:16 / 03 İyul 2025

Mingəçevirdə yol təmizləyən qadını avtobus vurdu - FOTO

Mingəçevirdə yol təmizləyən qadını avtobus vurdu - FOTO
Eye

Mingəçevirdə yolda təmizlik işləri aparan qadını avtobus vurub.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə az öncə Heydər Əliyev prospektinin Günəşli yaşayış massivi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Oğuz-Mingəçevir marşurutu ilə hərəkət edən sərnişin avtobusu yolda təmizlik işləri aparan Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin əməkdaşı Mətanət Hacıyevanı vurub.

Müxtəlif bədən xəsarətləri alan yaralı qadın təcili xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar