“Misirdə Azərbaycan dilini öyrənmək istəyənlərin sayı artır”.
Bunu
Misirdəki Azərbaycan diasporunun rəhbəri, Qahirə Universitetinin müəllimi Seymur Nəsirov Bakupost.az -a açıqlamasında bildirib.
O bildirib ki, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdində fəaliyyət göstərən kurslara dilimizə böyük maraq göstərən daha 70 nəfər müraciət edib:
"Artıq onlar üçün açılan əlavə qrupda ilk dərs keçirilib. İki dost ölkə arasında əlaqələrin inkişafı, tarixi mənbələrdə azərbaycanlıların ərəb mədəniyyəti və ədəbiyyatının inkişafına töhfələrini diqqətə çatdırmaq laızmdır. Misir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdindəki kurslarda Azərbaycan dili ilə yanaşı, müxtəlif fənlər üzrə 35 ölkədən 400-ə yaxın gənc ödənişsiz təhsil alır. Misir-Azərbaycan Dostluq Cəmiyyətində ərəb ölkələrindən olan gənclərin Azərbaycan dili kurslarına böyük rəğbəti Misir, Səudiyyə Ərəbistanı, Əlcəzair, İraq mətbuatı tərəfindən də geniş işıqlandırılıb. Onların yayımladığı xəbərlərdə qeyd olunub ki, diaspor təşkilatının fəaliyyəti Azərbaycanın zəngin mədəniyyəti və ədəbi irsinin gənclərə tanıdılması ilə yanaşı, həm də iki ölkə arasında əlaqələrin inkişafına töhfə verir. Qeyd edək ki, Azərbaycan dili dərsləri həftənin bütün günləri il boyu davam edir”.
Fərid
Baku Post