Ru
22:41 / 23 İyul 2026

Qırıcılar havaya qalxdı, MN təsdiqlədi: Döyüş hazırlığı planına uyğun olaraq... - TƏCİLİ

Qırıcılar havaya qalxdı, MN təsdiqlədi: Döyüş hazırlığı planına uyğun olaraq... -  TƏCİLİ
Eye

23 iyul tarixində Azərbaycan Hərbi Hava Qüvvələrinin təsdiq olunmuş döyüş hazırlığı planına uyğun olaraq aviasiya vasitələri ilə təlim-məşq uçuşları icra edilib.


"Bakupost" xəbər verir ki, bu barədə Axar.az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

“Təlim uçuşları bütün təhlükəsizlik qaydalarına riayət olunaraq yerinə yetirilib”, - məlumatda bildirilib.

Qeyd edək ki, bəzi media qurumları və sosial şəbəkələrdə Quba rayonu səmasında bu gün günorta saatlarında çox aşağı məsafədən qırıcı uçduğu barədə iddia yayılıb. Bəziləri isə qırıcının guya Rusiya istiqamətindən gəldiyini düşünüb.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar