Ru
11:33 / 20 May 2026

Modinin Meloniyə hədiyyəsi gülüş doğurdu - VİDEO

Modinin Meloniyə hədiyyəsi gülüş doğurdu  - VİDEO
Eye

İtaliyanın Baş naziri Corciya Meloni hindistanlı həmkarı ilə birlikdə maraqlı paylaşım edib.

Bakupost.az Globalinfo.az-a istinadən xəbər verir ki, o, sosial şəbəkə hesabında Hindistanın Baş naziri Narendra Modinin hədiyyəsini izləyiciləri ilə bölüşüb.

“Cənab Modi mənə çox yaxşı konfet hədiyyə edib. Adı “Melody”dir”, – deyə Meloni gülərək deyib.

Digər tərəfdən, Hindistanın Baş naziri İtaliyaya səfəri ilə bağlı qısa fikirlərini öz sosial media hesabında bölüşüb:

“Romaya eniş etdikdən sonra Baş nazir Meloni ilə nahar etmək, ardınca isə məşhur Kolizeyi ziyarət etmək imkanım oldu. Geniş mövzular üzrə fikir mübadiləsi apardıq. Bu gün Hindistan-İtaliya dostluğunu gücləndirmək barədə söhbətimizi səbirsizliklə gözləyirəm”.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar