Ru
23:20 / 31 Oktyabr 2024

Moldova və Ukraynanı qabaqlayırıq - Gürcü spiker

Moldova və Ukraynanı qabaqlayırıq - Gürcü spiker
Eye

"Ümumi qiymətləndirməyə görə, Gürcüstan Avropa İttifaqına üzvlük yolunda irəliləyir, biz Avropa Komissiyasının hesabatını müsbət qiymətləndiririk".

Bakupost.az "Novosti Qruziya"ya istinadən xəbər verir ki, bunu parlamentin sədri Şalva Papuaşvili deyib.

“Avropa Komissiyasının məlumatına görə, son bir il ərzində Gürcüstan otuz beş fəsildən on ikisində yaxşı, on üç fəsildə isə müəyyən irəliləyişlər əldə edib. Bu, onun çox bariz sübutdur ki, seçkilərlə əlaqədar parlament fəaliyyəti üçün vaxtın məhdud olmasına, müxalifət və QHT sektorunun davamlı maneələrinə baxmayaraq, Gürcüstan Aİ-yə inteqrasiya istiqamətində mühüm addımlar atır.

Fundamental məsələlər (ədalət və fundamental hüquqlar) qrupunda Gürcüstan həm Moldova, həm də Ukraynanı qabaqlayır”, - Papuaşvili bildirib.

Zaur, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar