Ru
20:23 / 05 İyul 2025

Moskva-Bakı gərginliyi: Rusiya Ermənistanda hərbi mövcudluğunu gücləndirir?

Moskva-Bakı gərginliyi: Rusiya Ermənistanda hərbi mövcudluğunu gücləndirir?
Eye

Kreml Cənubi Qafqaz ölkələrinə hərbi-siyasi təzyiqi artırmaq məqsədi ilə Ermənistanın Gümrü şəhərindəki hərbi bazasında şəxsi heyətin sayını artırır.

Bakupost.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin teleqram kanalında bildirilib.

"Şəxsi heyətlər Rusiya Silahlı Qüvvələrinin Rostov və Volqoqrad vilayətlərində, eləcə də müvəqqəti işğal olunmuş Krımda xidmət edən hərbçiləri arasından cəlb olunur. Bundan əlavə, Rusiya fəal şəkildə Qafqazın əsarətində olan xalqlarının, xüsusən də Şimali Osetiya və Adıgey nümayəndələri arasında könüllülər axtarır", Baş Kəşfiyyat İdarəsinin məlumatında bildirilir.

Güc strukturunun nümayəndəsi Andrey Yusovun sözlərinə görə, Rusiya qoşunlarının Ermənistanda yerləşdirilməsi Kremlin qlobal təhlükəsizlik vəziyyətinin sabitliyini pozmağa yönəlmiş hərtərəfli strategiyasının elementidir: "Millətlərarası münaqişənin qızışdırılması ilə yanaşı, Moskva Qafqazda hərbi mövcudluğunu artırır. Çox güman ki, Azərbaycanla Rusiya arasında münasibətlərin korlanması əvvəlcədən hazırlanıb".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar