Ru
14:40 / 03 Avqust 2026

Moskvadan Bakıya qonaq gəlmişdilər: Faciəvi şəkildə öldülər - VİDEO

Moskvadan Bakıya qonaq gəlmişdilər:  Faciəvi şəkildə öldülər - VİDEO
Eye

10:30

Buzovnada çimərlikdə 2 nəfər dənizdə batıb.


"Bakupost" xəbər verir ki, bu barədə bloger Saleh Nəsirov İnstaqram hesabında paylaşım edib.

O bildirib ki, dənizdə qayalıq ərazidə 2 qız, 2 oğlan olmaqla 4 nəfər batma təhlükəsi ilə üzləşib:

"Onlardan 11 və 22 yaşlı oğlanların həyatını xilas etmək mümkün olmayıb. Qızlar isə sahilə çıxarılıb. Boğulan oğlanlar xalaoğlu olublar. Onlar Moskvadan Bakıya toya gəliblərmiş".

***

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1.3 km aralı dənizdə nəzarətsiz ərazidə 3 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Vətəndaş - 2009-cu il təvəllüdlü Aysel Rafiq qızı Həmidova xilas olunub ilkin yardım göstərilərək aidiyyəti üzrə təhvil verilib, 2014-cü il təvəllüdlü Əli Rafiq oğlu Həmidovun meyiti isə sahildə aşkar edilib.

Hazırda suda batdığı ehtimal olunan digər vətəndaş - 2004-cü il təvəllüdlü Ruslan Rafiq oğlu Həmidovun axtarışları davam etdirilir.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar