Rusiya tərəfi İsrailə İranın nüvə obyektlərinə hətta hipotetik zərbə endirməyin fəlakətli bir hadisə olduğu barədə xəbərdarlıq edib.
Bakupost.az TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
“Biz İsrailə dəfələrlə xəbərdarlıq etmişik və xəbərdarlıq etməyə davam edirik, hətta İranın nüvə obyektlərinə və nüvə infrastrukturuna zərbə endirmək ehtimalı fəlakətli bir inkişaf və nüvə təhlükəsizliyini təmin etmək sahədəsinki mövcud postulatların tamamilə rədd edilməsi olardı”, - deyə nazir müavini bildirib.
Zaur, BakuPost