Ru
12:12 / 08 İyul 2025

Moskvanın təzyiqləri davam edir - 500 nəfər saxlanıldı - VİDEO

Moskvanın təzyiqləri davam edir -  500 nəfər saxlanıldı - VİDEO
Eye

Moskvada hüquq-mühafizə orqanlarının əməkdaşları "qeyri-qanuni miqrantları aşkar etmək üçün" reydlər keçiriblər.

Bakupost.az xəbər verir ki, bu barədə bu gün Moskva İstintaq Komitəsindən bildiriblər.

Agentlik reydlərin nə vaxt keçirildiyini açıqlamayıb.

İstintaq Komitəsindən onu da bildiriblər ki, onlar “qeyri-qanuni miqrasiya kanallarını” tapmaq üçün Moskvadakı yataqxanaları və ibadət evlərini yoxlayıblar. 500-dən çox adam polisə aparılıb.

Rusiyaya giriş və qalma qaydalarını pozan 30-dan çox şəxs ölkədən çıxarılıb. İddialara görə, müstəntiqlər reyd zamanı federal hökumət tərəfindən axtarışda olan bir nəfəri aşkar ediblər.

İstintaq Komitəsi qanunsuz miqrasiyanın təşkilinə görə məsuliyyəti xatırladıb. Bu cür cinayətlərə görə 5 ilə qədər həbs cəazsı verilir.

Zaur,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar